" Vətənimiz Azərbaycan " sənədli filminin şəkiliş qrupu muzeyi ziyarət edib - ÖZƏL

" Vətənimiz Azərbaycan " sənədli filminin şəkiliş qrupu Yardimli Rayon Tarix Muzeyində olub.  Muzeydən "Olaylar"a bildirilib ki,  Açıq qapı günü ilə bağlı muzeyimizin qonaqları  rayonumuza " Vətənimiz Azərbaycan " sənədli filmini çəkmək üçün gəlmiş Azərbaycan Televiziyasının rejissoru Əlizamin Əzimov və onun komandası idi: "Muzey əməkdaşı İlqar Həsənov qonaqlarımızı qarşılayıb onlara muzeyin yaradılması günü ilə əlaqədar  təşkil olunan sərgi haqqında ətraflı məlumat verdikdən sonra onlar da sənədli film üçün öz kadrlarını götürdülər. Biz də muzey kollektivi olaraq rejissor Əlizamin  müəllimə fəaliyyətində uğurlar arzulayırıq" .

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31