Hesablama Palatası Dövlət Neft Fondunun 2023-cü il büdcəsinə rəy verdi
28 Noyabr 2022 16:19 SosialNoyabrın 28-də Hesablama Palatasının növbəti Kollegiya iclası keçirilib. Palatadan "Olaylar"a verilən xəbərə görə, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə keçirilən Kollegiya iclasında Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, deputat Adil Əliyev də iştirak edib.Kollegiyanın gündəliyinə çıxarılmış "Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2023-cü il büdcə layihəsinə Azərbaycan Respublikası Hesablama Palatasının Rəyi" geniş müzakirə edilərək təsdiq edilib və Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasında müvafiq qaydada baxılması üçün Fonda göndərilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31