Azad olunmuş ərazilərdə daha 12 mina aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə icra olunan əməliyyatlar barədə həftəlik məlumat açıqlanıb.

ANAMA-dan Olaylar.az-a verilən məlumata görə, noyabrın 21-dən 26-dək olan dövrdə Tərtər, Ağdam, Füzuli, Laçın, Şuşa, Xocavənd, Qubadlı, Cəbrayıl və Zəngilanda 2 piyada əleyhinə mina, 10 tank əleyhinə mina və 248 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 321 hektar ərazi mina və PHS-lərdən təmizlənib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31