"Anamı öpmək istədim qoymadı" - VİDEO

"Valideyni seçmirsən, Allah sənə verir. Övladın bu dünyaya gəlməkdə günahı yoxdur. Əgər bir valideyn dünyaya uşaq gətirirsə, onun yanında olmalıdır. "Özüm üçün yaşayıram" deyə, bir şey yoxdur. Balaca olanda nə var ki... Əsas böyüyəndə dərd gəlir. Atamın 70-dən çox yaşı var idi, amma ana sığalı istəyirdi".

Olaylar.az xəbər verir ki, bu sözləri müğənni Səidə Dadaşova "7 canlı" proqramında deyib. O, anası, müğənni Sədaqət Dadaşova ilə danışmadıqlarını deyib. Səidə bildirib ki, anasını qucaqlamaq istəyəndə belə o, imkan verməyib:

"Mən sevgini qayınanamdan, baldızımdan, yoldaşımdan, qardaşımdan görürəm. Qardaşım mənə ata əvəzidir. Anada anadır, Allah can sağlığı versin. İstəmərəm saçının telinə zərər gəlsin. Mən də onun üçün darıxıram. Bir yatdığım yastıq, bir də Allah bilir. Sonuncu dəfə çoxdanıncı ildə görmüşəm. Mənə heç onu görmək də lazım deyil. Atamın adını daşıyan uşağım var. Mən bir kənarda qalım, nəvə ilə maraqlanmır. Uşağıma mehriban olan başımın tacıdır. Amma olmadı. Atamın ili pandemiya ərəfəsində idi. Evimizdə onu andıq. Gedib anamı öpmək istəyəndə, qardaşıma baxdı ki, bunu niyə gətirmisən? Sözü eşidəndə, gözümdən qıvılcım keçdi. Yenə qucaqladım, öpdüm. Dedim, canın, özün sağlansan, bəsdir".

Qeyd edək ki, Səidə mərhum Xalq artisti Rafael Dadaşov və Sədaqət Dadaşovanın qızıdır. Sədaqət Dadaşova Xalq artisti Brilliant Dadaşovanın bacısıdır. R.Dadaşov və Sədaqətin 3 övladı var.

Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31