Azərbaycan jurnalistlərinin Türkiyəyə səfəri başlayıb - ÖZƏL

Azərbaycanın bir qrup kütləvi informasiya vasitəsi təmsilçisinin Türkiyəyə səfəri başlayıb. Səfərdə iştirak edən "OLAYLAR"-ın əməkdaşının verdiyi məlumata görə, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə baş tutan səfərdə yazılı və çap media, eləcə də televiziya kanallarının əməkdaşları iştirak edir. 

Səfər çərçivəsində azərbaycanlı jurnalistlər qardaş ölkənin İstanbul, Bolu, Karabük və Kastamonu şəhərlərinə gedəcək, həmin şəhərlərin turizm potemsialı, imkanları ilə tanış olacaqlar. 

Azərbaycanın media mənsublarının Türkiyə səfərinə İstanbul şəhərindən start veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31