Azərbaycanda bütün dini ayin və mərasimləri sərbəst yerinə yetirmələri üçün şərait yaradılıb - ÖZƏL - FOTO
28 Noyabr 2022 10:16 SosialMillət vəkili Ceyhun Məmmədov Azərbaycan Bibliya Cəmiyyətinin Beynəlxalq Bibliya Günü münasibətilə təşkil etdiyi tədbirdə iştirak edib. Bu barədə millət vəkili özü məlumat verib: "Azərbaycan Bibliya Cəmiyyətinin Beynəlxalq Bibliya Günü münasibətilə təşkil etdiyi tədbirdə iştirak etdik. Azərbaycan müsəlman ölkəsi olsa da bu gün ölkəmizdə fəaliyyət göstərən bütün dinlərin nümayəndələrinə dini etiqad azadlığı, dini ayin və mərasimləri sərbəst yerinə yetirmələri üçün şərait yaradılıb. Müsəlmanlarla yanaşı xristianların da xalqımızın qələbəsi, xoşbəxt gələcəyi üçün dualar etməsi Azərbaycan gerçəkliklərinin ən bariz nümunələrindəndir".

.jpg)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31