Millət vəkili BDU-da tələbələrlə görüşüb - ÖZƏL

Millət vəkili Kamal Cəfərov Bakı Dövlət Universitetinin hüquq fakultəsində görüş keçirib. "Olaylar" xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib: "Dünən Şərqi Avropanın ən böyük hüquq fakültəsi olan Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, insan hüquqları sahəsində tanınmış Dr. Zaur Əliyevlə görüşdüm. Görüşdə hüquq fakültəsinin gələcək fəaliyyəti və ELSA Azerbaijan təşkilatı ilə qarşılıqlı əməkdaşlıq imkanlarının genişləndirilməsi məsələlərini müzakirə etdik. ELSA Azərbaycan təşkilatının fəaliyyətinə göstərdiyi xüsusi diqqət və dəstəyə görə Zaur müəllimə bir daha minnətdarlığımı bildirirəm. Daha sonra hüquq fakültəsinin tələbələri ilə görüşdük. Gənc hüquqşünas tələbələrə özümün vaxtilə edə bilmədiyim ancaq indiki düşüncəm olsa idi etmək istəyəcəyim tövsiyələri verdim".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31