0,5 litrlik enerji içkisi belə bədəni zəhərləyir- ÖZƏL

Olaylar.az xəbər verir ki, enerji içkilərindən istifadə ürək döyüntüsünün pozulmasına, həzm pozğunluğuna və orqanlarda zərərli maddələrin yığılmasına səbəb ola bilər. Bu barədə qastroenteroloq Vera Suxova məlumat verib. Mütəxəssisin sözlərinə görə, alkoqolsuz enerji içkiləri qana daxil olanda yorğunluğa cavabdeh olan adenozin reseptorlarını bloklayan kofein sayəsində orqanizmə güclü tonik təsir göstərir. "Ancaq hüceyrələrin həddindən artıq stimullaşdırılması gec-tez onları tükəndirir. Enerji içkilərinin əksər komponentləri ilk növbədə sinir sisteminə təsir etdiyindən, hamıdan tez əziyyət çəkməyə başlayan odur. Bundan əlavə, orqanlarda süni rənglər, turşuluq tənzimləyiciləri və digər əlavələr toplana bilər. Daha sonra qaraciyər və bütövlükdə bütün orqanizm bundan çox əziyyət çəkir", - deyə həkim bildirib. Məsələn, içkilərin tərkibində olan D-riboza, bədən hüceyrələrinin enerji aktiv molekulu olan ATP sintezi üçün lazım olan karbohidrat, toxumaların oksigenlə təmin olunmasını stimullaşdırır, ATP-nin enerji təchizatını yaradır, ürək əzələlərinin bərpasına kömək edir. Ancaq,  eyni zamanda həddindən artıq həyəcan və əzələ ağrısına səbəb olur. 0,5 litrlik enerji içkisi içməklə belə, artıq orqanizminizin ehtiyacından daha çox maddə əldə edirsiniz. Buna görə də, mağazada bu içkini almazdan əvvəl, bədəni öldürən bir sıra nəticələrlə mübarizə aparmağa hazır olub olmadığınızı düşünün.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31