Əlilliyi olan 39,6 min şəxsə reabilitasiya xidmətləri göstərilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan 39,6 min şəxsə xidmətlər göstərilib. Nazirlikdən "Olaylar"a bildirilib ki, onların mühüm bir hissəsi müharibə ilə əlaqədar əlilliyi olan şəxslər olub. Son illərdə müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradıldığı həmin müəssisələrdə əlilliyi olan şəxslər səmərəli fizioterapevtik müalicə prosedurlarına, həmçinin müalicəvi bədən tərbiyəsi, sosial-psixoloji xidmətlərə cəlb ediliblər.

2022-ci ilin 10 ayında Agentlik tərəfindən əlilliyi olan 10,7 min şəxsə 49,7 min reabilitasiya vasitəsi (o cümlədən yüksək texnologiyalı müasir protezlər, mühərrikli təkərli oturacaqlar, aşağı və yuxarı ətraf ortezləri, protez və ortopedik ayaqqabılar,  korsetlər, dördayaqlı dayaq vasitələri, qoltuqaltı ağac və s.) verilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31