Qanunsuz verilmiş 11 min hektar torpaq sahəsi geri qaytarılıb - ÖZƏL
24 Noyabr 2022 14:27 SosialƏdliyyə Nazirliyi tərəfindən əhalinin yerli əhəmiyyətli məsələlərinin həllində iştirak edən bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, səmərəli inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı ardıcıl tədbirlər görülür, bu sahədə rəqəmsal innovasiyaların tətbiqi genişləndirilərək "Bələdiyyələrlə iş portalı"nın yeni təkmilləşdirilmiş versiyası hazırlanıb. Nazirlikdən "Olaylar"a bildirilib ki, cari ildə 65 minədək bələdiyyə aktı hüquqi ekspertizadan keçirilib. 2.500-dən artıq aktın qanunamüvafiq olmadığı müəyyən edilərək ləğv edilib və ya dəyişdirilib, 11 min hektara yaxın qanunsuz verilmiş torpaq sahələri geri qaytarılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31