Muzeydə əl işi olan Qəbir baş daşı saxlanır - ÖZƏL

Yardımlı Rayon Tarix Muzeyində çoxsaylı tarixi eksponatlar saxlanılır. Onlardan biri də heykəltaraşlıq sənətinə məxsus əl işi olan  Qəbir  baş daşıdır. "Olaylar" xəbər verir ki,  sözügedən əl işi Səfəvilər dövləti - Qızılbaşlara məxsus qəbirüstü daş fiqurdur. Baş daşının baş hissəsi girdə  gümməzvarı şəkildə yuxarıya doğru yonulmuşdur. Daşdan yonulmuş əl işinin hündürlüyü 66 sm,  baş tərəfinin dairəvi ölçüsü  71 sm, orta eni isə 22 sm-dir. Qəbir baş daşı hazərda  muzeyin ekspozisiyasında sərgilənir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31