Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 49 yeni yoluxma faktı qeydə alınıb, 43 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 824 082 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 828 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 279 nəfərdir.

Ölkədə son sutka ərzində 2 329, hazırkı dövrədək isə 7 363 574 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31