Sumqayıt Olimpiya İdman Kompleksinin həyətində ağaclar əkilib
23 Noyabr 2022 15:53 SosialEkologiya və Təbii Sərvətlər Nazirliyinin və Sumqayıt Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə idman kompleksinin həyətində ağacəkmə aksiyası keçirilib. "Olaylar" xəbər verir ki, tədbirdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Sumqayıt Olimpiya İdman Kompleksinin, "Sumqayıt" Futbol Klubunun, Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının, AAAF-ın rəsmiləri, ikiqat Paralimpiya Oyunları çempionu, ikiqat dünya çempionu və səkkiz qat Avropa çempionu İlham Zəkiyev, Beynəlxalq Olimpiya oyunlarının bürünc mükafatçıları Şahin İmranov, Fuad Aslanov və digər tanınmış idmançılar, ekokönüllülər iştirak edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31