Deputat qaz limiti ilə bağlı çağırış edib

Millət vəkili Fazil Mustafa qaz limitinin ləğvi ilə bağlı çağırış edib. "Olaylar" xəbər verir ki, millət vəkili qeyd edib ki, insanlar bundan əziyyət çəkir: "İstehsalçı ölkəyik. Ölkədə kommunal xidmətləri ödəmək insanların gücü daxilində deyil, xeyli problemlər yaşayırlar. Bu onların büdcəsinə müsbət mənada təsir edə bilər. Büdcəyə təsir edən detalları biz düşünməliyik. Çünki insanlar bundan əziyyət çəkirlər. Hər halda bu istiqamətdə məsələ öz həllini tapmalıdır. Çünki müəyyən bir dövrdə bu məsələ ola bilsin ki, aktual idi. Ancaq indiki vəziyyətdə, xüsusilə də pandemiyadan sonrakı dövrdə yaşayış səviyyəsi çox aşağı düşdüyünə görə, bu məsələ üzərində müvafiq qurumlar düşünməlidirlər ki, necə güzəştli şərtlər tətbiq etsinlər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31