Həssas ailələrdən olan təhsil alanlara maddi dəstəyin verilməsi önəmlidir - ÖZƏL

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayevin və Fondun əməkdaşı Ağca Məmmədovanın tələbələrlə görüşü keçirilib. Akademiyadan "Olaylar"a bildirilib ki, görüşün əsas məqsədi təhsil tələbə kreditləri ilə bağlı birgə məlumatlandırma işinin təşkili istiqamətində müzakirələrin aparılması və iki qurum arasında əməkdaşlıq məsələlərinin istiqamətlərinin müzakir edilməsi idi. AƏSMA-nın rektoru professor Hüseyn Qaraşov tədbiri giriş sözü ilə açaraq qonaqları və iştirakçıları salamlayıb, görüşün əhəmiyyətindən danışıb, dövlətin təhsilə qayğısından, bu istiqamətdə həyata keçirilən layihələrdən bəhs edib. Eyni zamanda insan kapitalının inkişafı ilə bağlı reallaşdırılan bir sıra dövlət proqramlarından söz açan rektor Azərbaycanın daxili siyasətinin mərkəzində insan amilinin dayandığını bildirib və daha çox həssas ailələrdən olan təhsilalanlara maddi dəstəyin verilməsi məqsədinə xidmət edən Təhsil Tələbə Krediti Fondunun önəmini vurğulayıb. Diqqətə çatdırıb ki, Akademiyada Təhsil Tələbə Krediti Fondu fəaliyyətə başladığı dövrdən tələbələr arasında geniş maarifləndirmə işləri aparılıb.
Maarifləndirmə məqsədilə keçirilən görüşdə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Araz Paşayev TTKF-in fəaliyyət istiqamətləri, Fonda müraciət qaydaları və təhsil tələbə kreditlərinin verilməsi meyarları barədə geniş məlumat verib. Araz Paşayev Fondun fəaliyyətinin əsas məqsədinin təhsilə əlçatanlığı təmin etməkdən, təhsil almaqda bərabər imkanlar yaratmaqla yanaşı, təhsilin əhatə dairəsini genişləndirməkdən və təhsilin keyfiyyətini yüksəltməkdən ibarət olduğunu vurğulayıb. Görüşdə mövzuya dair suallar cavablandırılıb və səsləndirilən təkliflər dinlənilərək qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31