Yoluxanların sayında artım var

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 58 yeni yoluxma faktı qeydə alınıb, 32 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 2 nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 824 033 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 785 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 273 nəfərdir.

 
 

Ölkədə son sutka ərzində 2 314, hazırkı dövrədək isə 7 361 245 test aparılıb.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 428 vaksin vurulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31