Kəmaləddin Heydərov Gəncədə vətəndaş qəbulu keçirəcək

Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən 25 noyabr 2022-ci il tarixində Gəncə şəhərində Gəncə şəhəri, Samux və Kəlbəcər rayonları sakinləri üçün vətəndaş qəbulu keçiriləcək. FHN-dən "Olaylar"a bildirilib ki, görüş Nazirliyin Gəncə Regional Mərkəzinin inzibati binasında saat 11:00-da baş tutacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı 24 noyabr 2022-ci il tarixində Gəncə Regional Mərkəzinin inzibati binasında saat 09:00-da başlayacaqdır.

Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31