6-sı azyaşlı olmaqla 9 nəfər xilas edilib
22 Noyabr 2022 15:23 SosialAzərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. "Olaylar" ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 16 yanğına çıxış, 6 halda köməksiz vəziyyətdə qalma və 1 avtoqəza faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 6-sı azyaşlı olmaqla 9 nəfər xilas edilib, Bakı şəhərinin Qaradağ rayonunda "Hyundai" markalı iki minik avtomobilinin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birində sıxılı vəziyyətdə qalan 1 nəfər avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.