İki rayonun qaz təchizatında fasilə olacaq - ÖZƏL
22 Noyabr 2022 12:52 Sosial"Qaz İxrac" İdarəsinə məxsus "Yaşma-Siyəzən" Magistral Qaz Kəmərində (MQK) görüləcək təmir işləri ilə əlaqədar, 23.11.2022-ci il tarixdə saat 10:00-dan 17:00-dək "Yaşma-Siyəzən" MQK-dən qidalanan "Giləzi" QPS-dən və digər ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
"OLAYLAR"-a "Azəriqaz" İstehsalat Birliyindən daxil olan xəbərə görə, təmir işləri aparılan müddətdə Siyəzən rayonunun Candahar, Qara Siyəzən və Zarat kəndlərinin, Xızı rayonunun Giləzi və Şorabad qəsəbələrinin, Hərbi şəhərcik yaşayış massivinin, Məşədi Həsən, Sitalçay və Yeni Yaşma kəndlərinin, eləcədə Magistral Qaz Kəmərindən qidalanan qeyri-yaşayış sahələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31