Füzuli şəhərində pedaqoji kollektiv üçün təlimlərə başlanılıb- ÖZƏL
22 Noyabr 2022 12:02 SosialOlaylar.az xəbər verir ki, Elm və Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 6-cı Qrant müsabiqəsində qalib olan "Pedaqoji kollektivin şagirdlərin psixologiyası ilə bağlı məlumatlılığının artırılması" layihəsi çərçivəsində təlimlərə başlanılıb.
3 ay davam edəcək layihədə təlimlər ilk olaraq Füzuli şəhəri 17 saylı orta məktəbin pedaqoji kollektivi ilə keçirilib. 2 saat davam edən təlim zamanı "Təlim Psixologiyası, şagird müəllim münasibətləri, şagirdlərin təlim prosesində qarşılaşdıqları çətinliklər, öyrənməyə təsir edən amillər" və digər mövzular geniş izah edilib. Daha sonra pedaqoqlara 15 gün ərzində şagirdlərlə işləmək üçün praktik vəsaitlər paylanılıb, keçirilmə qaydaları izah edildi.
15 noyabr tarixində eyni adlı görüş 59 saylı orta məktəbdə keçirildi.
Növbəti təlimlərin həm online, həm də canlı olaraq digər məktəblərdə davam etdirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, layihənin rəhbəri Füzuli şəhəri 17 saylı orta məktəbin Psixoloqu Mamedova Fazilə, eksperti Xurma Haciyeva, təlimçiləri isə Jalə Məmmədova və Qərənfil Nəzərovadır.

