Uşaqların dişini necə qorumaq olar?
21 Noyabr 2022 14:50 Sosial"Uşaqların dişləri 6-7 aylığından təmizlənməyə başlanılmalıdır. Fırça ilə təmizləmək məsləhət görülmür. Uşaqlar üçün xüsusi rezin barmağa keçən vasitə və ya pambıqla su ilə təmizləmək lazımdır. 2-2.5 yaşından başlayaraq dişləri valideyn nəzarətində fırça ilə təmizləmək məsləhət görülür. 3 yaşından başlayaraq uşaqlara dişlərini özlərinin fırçalamağı öyrənməlidir. Onlara dişləri fırçalamağı sevdirmək üçün valideynlər də uşaqlarla birlikdə eyni vaxtda dişlərini yumalıdılar". "Olaylar" xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, stomatoloq İlqar Qacarov deyb: "Uşaqlarda diş minası yumşaqdır. Buna görə dişlərdə çürümə daha tez olur. Çürüklərin simptomları - ağ və qəhvəyi ləkələr, diş ətində qızarıqlıq və şişkinlik, dişdə oyuqlardır. Diş çürümələrinə səbəb bakteriya, karbohidrat tərkibli yeməklərdən istifadədə ortaya çıxır. Bu tip yeməklərə süd, konfet, şirniyyatlar, meyvə suları, çörək aiddir. Normalda ağızda yaşayan bakteriyalar karbohidartları parçalayıb turşu halına gətirir. Bunula da ağızda turşu, bakteriya və tüpürcək birləşərək diş ərpləri əmələ gətirir. Bu da gələcəkdə dişlərin çürüməsinə gətirib çıxarır. Dişlər yaxşı yuyulmadıqda və diş iplərindən istifadə edilmədikdə çürüməyə səbəb olur.Bundan başqa, qida qəbulu pozuntuları, bulemiya (nevrozla bağlı iştahın artması), anoreksiya (nevroza bağlı iştahın azalması) da dişlərin erkən çürüməsinə şərait yaradır. Bunun qarşısını almaq üçün uşaqların dişləri çıxan kimi gündə 2 dəfə dişləri, diş ətlərini və dilin üzərini təmizləmək lazımdır".