Uşaqların məktəb problemini həll edə bilsək paytaxtın nəqliyyat yükü əhəmiyyətli dərəcədə azalar - ÖZƏL

"Sadəcə uşaqların məktəb problemini həll edə bilsək, hər kəsin, xüsusən Bakı ətrafında məskulaşan yüz minlərlə sakinin uşaqlarının yaxındakı məktəbə nəqliyyatsız gediş-gəlişini təmin edə bilsək, paytaxtın nəqliyyat yükü əhəmiyyətli dərəcədə azalar".
"OLAYLAR" xəbər verir ki, bu fikirləri nəqliyyat üzrə ekspert Ərşad Hüseynov səsləndirib. O bildirib ki,  bu problem plansız məskunlaşmanın və şəhırdə tikinti sıxlığının artmasının nəticəsidir:

"Həm şəhər daxilində çoxlu yeni binalar tikilərkən, həm də xüsusən şəhər ətrafında (Xırdalanda, Masazırda, Binədə, Binəqədidə, Sabunçuda və hər yerdə) yüz minlərlə yeni evlər tikilərkən məktəb ehtiyacı nəzərə alınmayıb. Şəhər ətrafı ərazilərin xeylisində mövcud olan məktəblərin şəraiti (o cümlədən tədrisin səviyyəsi) isə orada yaşayanları qane etmir. Bu səbəbdən on minlərlə şagird fərdi avtomobillər və taksilərlə hər gün şəhər daxilindəki məktəblərə gətirilir və geri qaytarılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31