Bəzi binalaın tikintisi dayandırıldı
19 Noyabr 2022 13:20 SosialBir sıra binaların tikintisi dayandırılıb. Bu barədə Olaylar -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Dövlət Yanğın Nəzarəti Xidmətinin apardığı monitorinqlər zamanı ayrı-ayrı şəhər və rayonlarda yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması ilə inşası aparılan tikintilərə rast gəlinir. Belə ki, bir sıra hallarda layihə sənədlərinin aidiyyəti nəzarət orqanları ilə razılaşdırılmadığı, yaxud tikinti işinin təyinatı üzrə aparılmadığı və ya sonradan təyinatı dəyişdirilməklə aparıldığı, ara məsafəsinin gözlənilmədiyi, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə cavab vermədiyi, tikinti işinin gedişi zamanı vacib yanğın təhlükəsizliyi qaydalarına əməl olunmadığı və digər ciddi qayda pozuntuları aşkar edilir.
Dövlət Xidməti bütün bunları nəzərə alaraq yanğın təhlükəsizliyi ilə bağlı aşkar olunan qayda pozuntularının aradan qaldırılması üçün qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini, o cümlədən inşaat işlərinin dayandırılması tədbirlərini həyata keçirilir.