NATO-nun üç gəmisi Baltik dənizinə daxil olub

NATO-nun 1-ci Daimi Hərbi Dəniz Qrupunun üç gəmisi Estoniyaya çatıb.

Olaylar.az "Report"a istinadən bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

"Biz Baltik dənizi regionunda təhlükəsizliyin təmin edilməsinə kömək etmək üçün buradayıq", - qrupun Canett Moranq deyib.

Tallin limanında dayanan NATO gəmiləri qrupuna Niderland freqatı, həmçinin flaqman "HNLMS Tromp" (F803), Danimarka freqatı "HDMS Esbern Snare" (F342) və Norveç tankeri "HNoMS Maud" daxildir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31