Xalq artisti: "Ata gələndə uşaq ayağa durmursa, onu didərəm" - VİDEO
18 Noyabr 2022 16:15 SosialXalq artisti Natiq Şirinov yeni açıqlaması ilə diqqət çəkib.
Olaylar.az xəbər verir ki, "Günün sədası" proqramına qonaq olan ifaçı bəzi məqamlarda uşağı şillə vuraraq tərbiyə etməyin lazım olduğunu deyib:
"Şillə böyüklərimizlə getdi. Atam biz səhv edəndə şillə vururdu. İndi deyirlər, uşağı döymə. Xarici tərzə keçiblər, uşağı vuranda deyirlər, məhkəməyə ver. Oğlum Ümidə, bilirsiniz, nə qədər əziyyət vermişəm? Deyirlər, vurmaqla uşaq böyüdərlər? Lazım olanda hə. Əgər uşaq narkotik aludəçisi olarsa, onu döymək nədir, didərəm. Ata gələndə uşaq ayağa durmursa, onu didərəm. O demək deyil, vəhşiyəm. Yox, bilirsiniz, nə qədər kövrəyəm?"
Pravda.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31