Salyanda din xadimləri və dini icma sədrlərinin iştirakı ilə seminar keçirilib - ÖZƏL

Noyabrın 17-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Salyan rayonunda dini icma sədrləri və din xadimləri üçün "Mənəvi dəyərlərin təbliği: mövcud vəziyyət və perspektivlər" adlı seminar təşkil olunub. Bu barədə Mənəvi Dəyərlərin Təbliği Fondundan "Olaylar"a bildirdiyinə görə, seminarı giriş sözü ilə açan Salyan RİH İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Aqşin Babayev Salyan rayonundakı mövcud dini durum barədə ətraflı məlumat verib. Daha sonra çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov ölkəmizdə tarixən mövcud olan dini ənənələr və mənəvi dəyərlər barədə danışıb, dinin cəmiyyətdəki yerindən, həmçinin din və dövlət münasibətlərindən, bu ənənələrin müsbət təsirindən bəhs edib. M.İsmayılov ölkəmizdə dini sahədə görülən işlərdən danışaraq dini icmaların və din xadimlərinin cəmiyyətdəki rolu barədə geniş məruzə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan bölgəsi üzrə şöbəsinin əməkdaşı Səftər Rəhimov, Fondun əməkdaşı Elgiz İmanlı və Salyan şəhəri "Şilli" məscidinin imamı Mahir Səlimov dini-mənəvi dəyərlər, din xadimlərinin vəzifələri və s. kimi mövzularda məruzələr ediblər. Tədbirdə Fondun sifarişi ilə hazırlanan və dini-mənəvi dəyərlərimizi özündə əks etdirən videoçarx və film nümayiş etdirilib, həmçinin Fond tərəfindən nəşr edilmiş dini ədəbiyyatlar din xadimlərinə paylanıb. Sonda din xadimlərinin sualları cavablandırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31