Təhsil və elmə ayrılan vəsait arasında ciddi fərq var - ÖZƏL
18 Noyabr 2022 11:30 Sosial"2023-cu ilin dövlət büdcəsindən elmin maliyələşdirilməsinə 228 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Burada təhsilə ayrılan vəsaitlə elmə ayrılan vəsait arasında böyük fərq açıq görsənir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Ceyhun Məmmədovun sözlərinə görə, təhsil sahəsi daha böyük vəsait tələb edir: "Ancaq ali təhsil və elmi müəssisələrimizin tədqiqat yönümlü fəaliyyətinin dəstəklənməsi, maddi-texniki bazasının gücləndirilməsi, Vətən Müharibəsində qələbə fonunda yeni tədqiqat əsərlərinin ərsəyə gətirilməsi, beynəlxalq konfransların keçirilməsi, sözügedən müəssisələrdə çalışan alim və tədqiqatçıların sosial durumunun daha da yaxşılaşdırılması məqsədilə elm sahəsinə ayrılan vəsaitin növbəti illərdə daha da artırılması məqsədəuyğun olardı".