Valideyn himayəsindən məhrum olmuş uşaqlara qəyyum və himayəçi necə təyin olunur? - ÖZƏL

Ölkə qanunvericiliyində valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyum və himayəçi ilə təmin olunmaqsı qaydaları əksini tapıb. Lakin fakt ondan ibarətdir ki, əksər insanlar bunun hansı qaydada həyata keçirilməsindən xəbərsizdirlər. "Olaylar"ın məlumatına görə, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Belə ki, Qəyyumluq 14 yaşınadək, himayəçilik 14 yaşından 18 yaşınadək olan uşaqlar üzərində təyin edilir: "Tam dövlət himayəsində olmaqla tərbiyə, müalicə və əhalinin sosial müdafiəsi müəssisələrində yerləşən uşaqlara qəyyum (himayəçi) təyin olunmur. Bu vəzifə həmin müəssisələrin rəhbərliyinə həvalə edilir. Uşaqların müvəqqəti olaraq belə müəssisələrə yerləşdirilməsi qəyyumların (himayəçilərin) hüquq və vəzifələrini məhdudlaşdırmır.Uşağa qəyyumluq (himayəçilik) vəzifəsi təmənnasız yerinə yetirilməlidir. Hər ay uşağın qəyyumuna (himayəçisinə) onun saxlanması üçün dövlət tərəfindən təyin edilmiş maddi vəsait verilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31