Xətai rayonu sakinlərinə niyə istilik verilmir? - ÖZƏL
17 Noyabr 2022 11:03 SosialArtıq qış mövqümü başlanıb. Hər il noyabrın 15-dən mənzillərə istiliklə təzhiz edilir. Lakin bu il paytaxtın bir sıra ərazilərində əhali istiliyin verilməsindən narazı qalıb.
Olaylar.az-ın verdiyi xəbərə görə, belə ki, Xətai rayonu Nəsrəddin Tusi küçəsi 29 saylı binanın sakinləri 2 gündür binaya istilik verilmədiyini bildiriblər. Binanın sakini Mehman Əlyev deyib ki, artıq 3 gündür ki, evləri qızdıra bilmirlər.
""Azəristiliktəchizat" ASC-yə borcumuz yoxdur. Qonşu binalarda var. Bizə verilmir. Kimə müraciət ediriksə, deyir kranı açın, havanı çıxarın. 2 gündür hava çıxarırıq, amma istilik yoxdur. Gəlib maraqlananaq da yoxdur. Günahı sakinlərin üzərinə atırlar".
Məsələ ilə bağlı əlaqədar qurumlarla əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı.
Qeyd edək ki, noyabrın 14-də "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev qış mövsümünə hazırlıq işləri ilə bağlı keçirdiyi mətbuat konfransında noyabrın 15-dən bütün mənzillərə istilik verildiyini bildirib.