Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verildi

Ali Məhkəmənin hakiminin səlahiyyətlərinə xitam verilib.

Bu barədə   Ali Məhkəmənin Mülki Kollegiyasının sədri Sənan Hacıyev bildirib.

O qeyd edib ki, hakimlik səlahiyyətinin həyata keçirilməsi üçün son yaş həddinə çatması ilə əlaqədar olaraq Ali Məhkəmənin Mülki kollegiyasının hakimi İlqar Xələfovun səlahiyyətlərinə xitam verilib.

Xatırladaq ki, İ.Xələfov 1957-ci ildə anadan olub. O, 2013-cü ildən Ali Məhkəmənin hakimi vəzifəsində çalışırdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31