DTX əməliyyat keçirir: daha bir məmur saxlanıldı
16 Noyabr 2022 11:59 SosialHazırda Dövlət Təhlükəsizliyi Xidməti Beyləqan rayonunda əməliyyat həyata keçirir.
Olaylar.az AZfront-a istinadən xəbər verir ki, əməliyyat dövlət qurumlarından birinin yerli strukturunda keçirilir. İlkin məlumata görə, artıq dövlət qurumunun yerli strukturuna rəhbərlik edən şəxs saxlanılıb.
"Əməliyyat zamanı digər vəzifəli şəxslərin də saxlanılması mümkündür", - deyə məlumatda bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31