Bakıda maşın bazarında qaraçılar arasında əlbəyaxa dava - VİDEO
16 Noyabr 2022 12:01 SosialBakıda bir qrup şəxsin kütləvi dava etməsinin görüntüləri yayılıb.
Olaylar.az xəbər verir ki, Badamdar qəsəbəsində yerləşən maşın bazarında qadın və uşaqlardan ibarət qaraçılar bir-biri ilə əlbəyaxa davaya çıxıblar.
Hadisə ilə bağlı DİN Mətbuat Xidmətindən bildirilib ki, baş vermiş hadisə ilə bağlı polisə müraciət daxil olmayıb. Lakin yayılmış görüntülər ilə əlaqədar polis əməkdaşları tərəfindən artıq araşdırmalara başlanılıb.
Qeyd edək ki, görüntülər "Baku.ws" tərəfindən yayılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31