Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
15 Noyabr 2022 19:47 SosialAzərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 36 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən 1-i vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 761 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 612 nəfər müalicə olunaraq sağalıb, 9 965 nəfər vəfat edib, aktiv xəstə sayı 184 nəfərdir.
Ölkədə son sutka ərzində 2 448, hazırkı dövrədək isə 7 347 597 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31