Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTO
15 Noyabr 2022 16:09 SosialOğuz rayonunda minik avtomobili traktorla toqquşub.
Olaylar.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Xaçmaz kəndində baş verib.
Hərəkətdə olan "VAZ 2107" markalı minik avtomobili traktorla toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Xaçmaz kənd sakini, 1993-cü il təvəllüdlü Atakişiyev Səxavət Arif oğlu aldığı ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişib.
Yol qəzasında vəfat edən Atakişiyev Səxavət Arif oğlu Vətən müharibəsi iştirakçısı olub.


Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31