Anası 4-cü dəfə ərə gedən uşaq evdən qaçdı
15 Noyabr 2022 15:27 SosialÖtən gün evdən qaçan 13 yaşlı qız Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. "Olaylar" xəbər verir ki, bu barədə hüquq müdafiəçisi Kəmalə Ağazadə bildirib."Dünən 13 yaşlı qızcığaz Azərbaycan Uşaqlar Birliyi - Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinə yerləşdirilib. Evdən qaçıb. İlkin məlumata görə, anasının dördüncü dəfə ərə getdiyinə görə qaçıb. Uşağın ilkin qiymətləndirilməsində zob xəstəliyindən əziyyət çəkməsini müəyyən etdik. Bir çox hallarda tiroid problemləri əsəb sarsıntıları ilə bağlı olur. Anan ölməsinmi deyim", - K.Ağazadə qeyd edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31