Həkim diabetin ilkin əlamətlərini açıqladı - ÖZƏL

Həkim Tatyana Şapovalenko diabetin inkişafını göstərə biləcək ilkin əlamətləri açıqlayıb.

Olaylar.az xəbər verir ki, Şapovalenko daimi susuzluğu diabetin ilk əlamətlərindən biri adlandırıb. 

Həkim onu da qeyd edib ki, bu xəstəlikdən əziyyət çəkən bir çox xəstələr ilkin olaraq ağız quruluğundan, dəri qaşınmasından şikayət edirlər:

"Şəkərli diabet qadınlarda adətən vulva və vajinada qaşınma ilə başlayır. Bu, diabetin ilkin mərhələləri üçün çox xarakterik əlamətdir" - o, bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31