Azərbaycanda koronavirusla bağlı bu tələb ARADAN QALDIRILDI - RƏSMİ

Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səyahət etmək üçün COVID-19-a dair PCR-test və yaxud vaksin sertifikatı tələb olunmur.

Olaylar.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" QSC (AZAL) məlumat yayıb.

"Azərbaycan vətəndaşları üçün öncədən viza rəsmiləşdirmək kifayətdir", - məlumatda deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31