Elnur Kələntərov vəzifəsindən AZAD EDİLDİ
14 Noyabr 2022 14:36 SosialDövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov işdən çıxıb.
Olaylar.az xəbər verir ki, bu barədə o, özü məlumat yayıb.
O, bundan sonra fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini bildirib.
Qeyd edək ki, E.Kələntərov 2020-ci ilin yanvar ayında qurumun İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin olunub. O, daha əvvəl həmin idarənin rəis müavini vəzifəsində çalışıb. E.Kələntərova ötən il polkovnik rütbəsi verilib.
Demokrat.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31