Nazir müavini şəhid Vüsal Teymurovun ailəsini ziyarət edib
14 Noyabr 2022 14:05 SosialƏmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli şəhid Teymurov Vüsal Zakir oğlunun ailəsini ziyarət edib. "Olaylar" xəbər verir ki, Vüsal Teymurov 44 günlük Vətən müharibəsində Şuşa uğrunda gedən döyüşlər zamanı şəhid olub. Prezident İlham Əliyevin Sərəncamları ilə "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidin ailəsinə müvafiq sosial ödənişlər təyin edilib. Bu il isə ailə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində yeni yaşayış kompleksində üçotaqlı mənzillə təmin olunub. Şəhidin ailə üzvünün məşğulluğuna dəstək də göstərilib. Ailə ilə görüşdə şəhid Vüsal Teymurovun şərəfli döyüş yolundan bəhs olunub. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda canını fəda etmiş qəhrəmanlarımızın xatirəsinin həmişə xalqımızın qəlbində yaşayacağı vurğulanıb.Şəhid ailəsinin sosial vəziyyəti öyrənilib. Ailənin üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıdan razılıq ifadə ediblər.