Mərhum Əməkdar artist qızıllarını tualetdə sifonun içində saxlayırmış - VİDEO
14 Noyabr 2022 11:37 SosialARB telekanalında yayımlanan "O üz" proqramının növbəti buraxılışı "Məzi" obrazı ilə məşhurlaşan mərhum Əməkdar artist Elçin Həmidova həsr edilib.
Olaylar.az xəbər verir ki, verilişdə iştirak edən Əməkdar artist Kübra Əliyeva həmkarı ilə bağlı bilinməyən faktlardan danışıb. O, aktyorun zinət əşyalarını tualetdə sifonun içində gizlətdiyini deyib:
"Hər kəsə deyirdi, "qızıllarımı tualetdə sifonun içinə qoymuşam". Tez-tez halı pisləşirdi, özündən gedirdi. Teatrda bütün aktyorlar başına yığılırdı, müalicə etdirirdik".
Qeyd edək ki, Əməkdar artist Elçin Həmidov 2011-ci ildə vəfat edib.
BAKU.WS
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31