Respublika üzrə bütün pensiyalar BU TARİXDƏ ödəniləcək

Respublika üzrə pensiyaların ödənilməsi noyabr ayının 15-i tarixinə nəzərdə tutulub.

Bu barədə, Olaylar.az-a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Qeyd edilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyası ödəniləcək.

Bundan əvvəl, oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu, oktyabrın 14-də isə ölkəmizin digər bölgələri üzrə pensiyalar (o cümlədən güzəştli şərtlərlə təyin edilmiş pensiyalar) ödənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31