Vətən Müharibəsi şəhidinin qardaşı vəfat etdi - FOTO
14 Noyabr 2022 10:38 SosialOlaylar.az "Qafqazinfo"ya istinadən bildirir ki, şəhidin qardaşı Rəsul Babayev dünyasını dəyişib. Onun bir müddətdir qan xərçəngindən əziyyət çəkdiyi və bu səbəbdən vəfat etdiyi bildirilib.
Qeyd edək ki, 19 yaşlı Yolçu Babazadə 2020-ci ilin 7 oktyabrında şəhid olub. O, ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "İgidliyə görə", "Xocavəndin azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31