Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı
12 Noyabr 2022 19:25 SosialAzərbaycanda koronavirus (COVID-19) infeksiyasına 52 yeni yoluxma faktı qeydə alınıb, 24 nəfər müalicə olunaraq sağalıb.
Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 823 688 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 813 528 nəfər müalicə olunaraq sağalıb, 9 961 nəfər vəfat edib, aktiv xəstə sayı 199 nəfərdir.
Ölkədə son sutka ərzində 1 745, hazırkı dövrədək isə 7 343 007 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31