Şəhid ailələri və qazi övladlarına maddi yardım göstəriləcək - ÖZƏL

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) tabeliyindəki təhsil müəssisələrində - Azərbaycan Dövlət Dəniz Akademiyası və Azərbaycan Dənizçilik Kollecində təhsil alan Qarabağ müharibəsi və ya 1990-cı ilin 20 Yanvar hadisələri zamanı şəhid olmuş şəxslərin ailə üzvlərindən birinə 300 manat məbləğində aylıq maddi hyardım göstəriləcək. "OLAYLAR"-a Səhmdar Cəmiyyətdən bildirilib ki, bundan başqa Qarabağ müharibəsi ilə əlaqədar əlilliyi olanlara 200, Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərin iştirakçılarına (aidiyyəti dövlət orqanlarının verdiyi müvafiq arayış əsasında) 150 manat məbləğində aylıq maddi yardımın göstərilməsi nəzərdə tutulub.
Cəmiyyətdən bildirilib ki, hazırda ASCO-da həm Birinci Qarabağ, həm də İkinci Qarabağ müharibəsində ailəsində şəhid olan əməkdaşlara 300, müharibə əlillərinə və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 250, müharibə iştirakçılarına 150 manat aylıq ödəniş olunur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31