İsgəndər Mehdiyevin ailəsi Rəşad Dağlıdan şikayətçidir? - Qardaşı cavab verdi - VİDEO

Rəşad Dağlının qətlə yetirdiyi İsgəndər Mehdiyevin qardaşı İntiqam Mehdiyev qarşı tərəfdən şikayətçi olmadığını bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə İ.Mehdiyev "AStar" yutub kanalına açıqlamasında danışıb:

"Qardaşım 9 ay həbsdə olub. Deyirlər ki, güya o, narkobaron olub və 14 il həbs yatıb. Amma elə deyil, bu adam 9 ay həbs yatıb. Xəstə adam idi, pensiya alırdı. Sadəcə narkotik qəbul etdiyi üçün həbs olunmuşdu. Narkotik satışına görə 9 ay həbs verirlər?

Buna qədər bir dəfə də narkotikə görə 3 il həbsdə olub. Həbsə qədər fəhlə işləyirdi. Bir təhər dolanırdı.

Qarşı tərəfə şikayətçi deyiləm".

baku.ws

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31