Xaricdən kartof gətirəcəyi adı ilə bir milyon manat alan şəxs saxlanıb
11 Noyabr 2022 12:35 SosialDİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə cari ilin may-sentyabr aylarında xaricdən kartof gətirəcəyi adı ilə aldadan şəxsin Cəlilabad rayon sakini olan bir nəfərdən 265.000 manat, Gədəbəy rayon sakini olan bir nəfərdən isə 647.000 manat pul alması barədə müraciət daxil olub. Bu barədə "Olaylar"a Daxili İşlər Nazirliyindən (DİN) bildirilib. Faktla əlaqədar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə cinayət işi başlanılıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dələduzluğu törətməkdə şübhəli bilinən Cəlilabad rayon sakini Ceyhun Zeynalov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31