Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
10 Noyabr 2022 19:43 SosialAzərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə vaksin vurulmayıb.
Olaylar.az bildirir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Vurulan vaksinlərin ümumi sayı 13 914 000, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 390 668, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 872 032, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 388 040, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 263 260 nəfər təşkil edir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31