Azərbaycanda COVID-19-a yoluxanların sayı açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 8 yeni yoluxma faktı qeydə alınıb, 49 nəfər müalicə olunaraq sağalıb.

Olaylar.az bildirir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış vəfat edən şəxs olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 823 592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 454 nəfər müalicə olunaraq sağalıb, 9 957 nəfər vəfat edib, aktiv xəstə sayı 181 nəfərdir.

Ölkədə son sutka ərzində 1 402, hazırkı dövrədək isə 7 339 257 test aparılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31