Millət ədalət hissi ilə yaşamalıdır və həmişə yaddaşını qorumalıdır- ÖZƏL

Olaylar.az-ın  qələbəyəqədərki ədəbiyyatımızla  bu  günkü  ədəbiyyatımızın  fərqi  ilə  bağlı sualını   cavablandıran  yazıçı  Elçin Hüseynbəylinin fikrincə  elə bir fərq yoxdur:" Nə mənada fərq yoxdur?  Deyək ki, işğal dövründə biz daha çox itkilərimizdən danışırdıq, daha çox acılarımızdan danışırdıq, indi zəfərimizdən daha çox danışmağa başlamışıq. Ancaq hər bir halda elə düşünürəm ki, müharibə faciələr gətirdiyinə görə, episentrdə insan olmalıdır, mərkəzdə insan olmalıdır, insan faciəsi, insan taleyi olmalıdır. Təbii ki, zəfərimiz buna xüsusi bir rəng qatır və ona görə də, mən düşünürəm ki, bizim belə deyək ki, mövqeyimiz  daha yuxarı mövqedən görünür. Yuxarı mövqedə olanlar isə daha çox humanist olurlar və mən elə hesab edirəm ki, necə ki, müharibəyə qədər ağrı-acıları unutmamışdıq, bundan sonra da unutmalı deyilik. Düşmənin kim olduğunu, məhcub olmağı hec zaman yaddan cıxmalı deyil. Yəni  millət ümumiyətlə nifrət və qisas hissi ilə yaşamalı deyil. Millət ədalət hissi ilə yaşamalıdır və həmişə yaddaşını qorumalıdır. Yaddaşını qorumalıdır ki, kecmişini də unutmasın. Yaddaşını qorumalıdır ki, böyründə kim olduğunu da bilsin. Milli kimlik də, xüsusilə vacib məsələdir. Milli kimlik isə bəşəriyyətin vacib bir hissəsidir və onu zənginləşdirir."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31