Məişət zorakılığı barədə şikayətlərə hansı dövlət orqanı tərəfindən baxılır?- ÖZƏL
10 Noyabr 2022 12:07 SosialSon zamanlarda məişət zorakılığı hallarının artması müşahidə olunur. Lakin vətəndaşlar məişət zorakılığı barədə şikayətin hansı dövlət orqanına edilməsi barədə məlumatsızdır. Hüquqşünas Alim Hüseynli "Olaylar"a bildirib ki, şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumat varsa cinayət təqibini həyata keçirən orqanlar tərəfindən baxılır. Şikayətdə cinayət tərkibinin əlamətləri yoxdursa yerli icra hakimiyyəti orqanları tərəfindən baxılır: "Dövlət və yerli özünüidarə orqanlarının vəzifəli şəxsləri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar, qəyyumluq və himayə orqanları, təhsil və səhiyyə müəssisələri, yardım mərkəzləri xidməti vəzifələrinin həyata keçirilməsi zamanı məişət zorakılığının törədilməsi barədə aldığı şikayətləri müvafiq icra hakimiyyəti orqanlarına təqdim edirlər".